Riçard Almeyda: "Bu, mənim yox, bütöv komandanın qələbəsidir" MÜSAHİBƏ

01:24 - 13 İyul 2016

"İkinci oyunun daha çətin olacaq"
 
"Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubuna qalib gəldikləri oyundan (2:0) sonra Sportal.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
 
- Matç haqda fikirlərin…
- Asan oyun olacağını gözləmirdik. Hər dəfə topu itirəndə əks hücuma çıxmalarından anlayırdıq ki, rəqib çətin komandadır. Qələbə qazansaq da, hələ heç nə həll olunmayıb. Bizi daha çətin cavab oyunu gözləyir. Birinci oyuna necə hazırlaşmışdıqsa, cavab görüşünə də elə ciddi yanaşmalıyıq.
 
- 2 qol vurandan sonra rahatlaşdınız...
- Daha çox qol vurmaq istəyirdik. Lakin rəqib komanda ikinci hissədə qapandı. Müdafiəni yarmaq çətin idi. Bütün futbolçuları meydanın özlərinə aid hissəsinə cəmləşmişdi, sıx müdafiə olunurdular. Belə olan halda rəqibə qol vurmaq asan olmur.
 
- Qələbə qollarını siz vurdunuz...
- Ola bilər ki, qolları mən vurdum. Amma bu, mənim yox, bütöv komandanın qələbəsidir.
 
- İkinci hissədə zədələndiniz. İndi necəsiz?
- Elə də ağır zədə deyil. Hər şey yaxşıdır. Sabah özümü daha yaxşı hiss edəcəyəm.
 
- Bu hesab növbəti mərhələyə çıxmaq üçün kifayətdir?
- İkinci oyunun daha çətin olacaq. Biz də buna uyğun hazırlaşacağıq.

Xəbər xətti