Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" turnirdə ilk matçını keçirib.
Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.
12 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu