Qara Qarayev: "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiq komandadır" MÜSAHİBƏ

02:05 - 13 İyul 2016

"Bu haqda danışsam, düzgün olmaz"
 
"Qarabağ”ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubuna qalib gəldikləri oyundan (2:0) sonra Sportal.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyun bizim xeyrimizşa çatsa da, çətin keçdi. Bu, cavab qarşılaşmasının ağır keçəcəyindən xəbər verir. Çatışmayan cəhətlərimiz var idi. Bunu öz adımdan deyirəm. Düşünürəm ki, nöqsanlarımızı növbəti matçlarda aradan qaldıracağıq. Komandamızda rahatlıq olmamalıdır. Azarkeşlər, media, və biz futbolçular arxayınlaşmamalıdır. Yalnız cavab oyununu fikirləşməliyik.
 
- İkinci hissədə “Düdelanj”ın futbolçuları kobud oyun nümayiş etdirirdilər...
- Onların oyun fəlsəfəsi elədir ki, sona qədər mübarizə aparırlar. Biz bunları bilirdik və təhlil etmişdik. Komanda yoldaşlarım gərək həmin epidolarda rəqiblə aqressiv davranmasınlar. Mümkün qədər hakim tərəfindən cəzalanmamalıyıq.
 
- “Qarabağ”ın futbolçuları 3 sarı vərəqə aldı. Bu, çox deyil?
- İstəməzdim ki, cəzalanım. Növbəti oyunda diqqətli olmalıyıq.
 
- “Qarabağ”ın hücumçuya ehtiyacı var?
- Bu haqda danışsam, düzgün olmaz. Yaxşı futbolçu olsa, baş məşqçimiz komandaya gətirər.
 
- “Qarabağ”ın məqsədi ÇL-nın qrup mərhələsinə düşməkdir. Bu oyunla bacaracaqsınız?
- Bu matçda istədiyimiz kimi oynamadıq. Bəzi nöqsanları düzəltməliyik və üzərimizdə çox çalışmalıyıq. Fikrimcə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiq komandadır. 

Xəbər xətti