"Qarabağ" qarşısına Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləyən bir klubdur"
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” öz meydanında Lüksemburqun "Düdelanj” klubunu 2-0 hesabıyla məğlub edib.
Matçdan sonra "Düdelanj”ın dayaq yarımmüdafiəçisi Rodriqe Dikaba Sportal.az saytına müsahibə verib:
- Qarşılaşma haqqında nə deyə bilərsiniz?
-Fikrimcə, pis oynamadıq. Sözün düzü, real qol şansımız da olmadı. Amma rəqiblə başabaş mübarizə apardıq. “Qarabağ”ın güclü komanda olduğunu bilirdim. Buna meydanda bir daha əmin oldum. Bizi çətin cavab oyunu gözləyir.
- Cavab matçında şanslarınızı necə qiymətləndirirsiniz?
- Çox çətin olacaq. 3 cavabsız qol vurmaq asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, rəqibimiz “Qarabağ”dır. "Qarabağ" qarşısına Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləyən bir klubdur.
- İlk hissədə çox zəif çıxış etdiniz. “Qarabağ”ın hücumlarının qarşısını almaqda aciz görünürdünüz…
- Razıyam. Amma 2-ci hissədə cəsarətli oynadıq. İlk hissədə də yaxşı oynasaydıq, bəlkə də məğlub olmazdıq. Bu, futboldur. Məğlubiyyətimizi şişirtmək lazım deyil. "Qarabağ" bizdən adlı-sanlı komandadır. Bunu normal qarşılamaq lazımdır.
- Oyun başa çatan kimi Topmöller futbolçuları ətrafına topladı. O, sizə nə söylədi?
- O bizə cavab matçında inandığını söylədi. Futbolda hər şey mümkündür.
- Komanda yoldaşın Momar Ndiaye oyundan əvvəl bildirmişdi ki, Azərbaycan haqda düşünəndə beynimdə suallar yaranır. Bəs, sizdə necədir?
- Momarı deyə bilmərəm, amma mənim beynimdə Azərbaycan haqda qəribə suallar yaranmır. Şəhəriniz çox gözəl və müasirdir. Çox qonaqpərvər insanlarsınız. Futbolunuz da inkişaf edir.
saytlarin hazirlanmasi