AZAL-da rus futbolçu ÖZƏL

17:52 - 13 İyul 2016

Məşqçilər korpusu Georgi Qoqiçayevi sınayır

 

Növbəti mövsümün hazırlıqlarını davam etdirən AZAL baxışa yeni futbolçu dəvət edib.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Şüvəlan klubunun baş məşqçisi Tərlan Əhmədov rusiyalı futbolçu Georgi Qoqiçayevi sınayır. 25 yaşlı yarımmüdafiəçi məşqçilər korpusunun etimadını qazansa, onunla müqavilə imzalanacaq.

 

Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayan futbolçunun son komandası Rusiyanın "Saxalin" klubu olub. O, karyerası ərzində "Alaniya" klubunun heyətində Rusiya Premyer Liqasında iştirak edib. Qoqiçayev bu klubun kapitanı olub.

Xəbər xətti