"Rəqibimizin heyətində yaxşı futbolçular var"
"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, oyundan əvvəl komandaların baş məşqçiləri mətbuat konfrası keçiriblər. “Neftçi”nin çalışdırıcısı Vəli Qasımov jurnalistlərin suallarını cavablandırıb:
Bizi çətin oyun gözləyir. Rəqibimiz çox yaxşı komandadır. Yaxşı futbolçuları var. Doğma meydanımızda qələbə üçün darıxmışıq
- “Şkendiya” bəxt sayəsində mərhələ adladı. Onların nəyindən çəkinirsiz?
- Malta komandası da bizi məğlub etdi. Rəqibimizin heyətində yaxşı futbolçular var. Çətin olacaq.
- “Baltsan” məğlubiyyəti komandaya dərs olub?
- Rəqibimiz zəif deyil. İlk turda oyunun taleyini həll etmək çətindir. Bizim problemimiz doğma meydanımızda qələbə qazanmamaqdır.
- Start heyəti açıqlaya bilərsiz?
- Müəyyənləşdirmişəm. Amma deməyəcəm. Elşən Abdullayevin son durumu bilinmir.
- Məğlubiyyəti düşünürsüz?
- Biz istəyirik ki, qələbə qazanaq. Futboldu. Bilmək olmaz.
- "Neftçi”yə hücumçu lazım olduğu açıq-aydın hiss olunur. Hücumçu transferi nəyə görə yubanır?
- Danışıqlarımız davam edir. Futbolçu var ki, klubuyla anlaşa bilmirik. Bir hücumçu var idi ki, başqa komandanı seçdi. Biz istəyirik ki, istədiyimiz futbolçu ilə daha tez müqavilə imzalaya bilək və həmin futbolçu Avropa Liqasında bizə kömək edə bilsin.
- Sabah "Neftçi” rəqibin oyununa görə meydana çıxacaq?
- Biz hər iki tərəfi fikirləşmişik və oyuna çox yaxşı hazırlaşmışıq. Futbolçulardan meydanda maksimum nəticə gözləyirəm.
saytlarin hazirlanmasi