"Şkendiya"nın baş məşqçisi: "Heç kimdən məsləhət almamışam" MÜSAHİBƏ

19:49 - 13 İyul 2016

"Yaxşı nəticə ilə qayıtmaq istəyirik"
 
"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək.
 
Sportal.az xəbər verir ki, oyundan əvvəl komandaların baş məşqçiləri mətbuat konfrası keçiriblər. “Şkendiy”nın çalışdırıcısı Bruno Akrapoviç jurnalistlərin suallarını cavablandırıb:
 
Hamınızı salamlayıram. Bakı gözəl şəhərdir. Heyran olmuşam. İnsanlar çox qonaqpərvərdirlər. Bakının gözəlliyinə vurulmuşam. Amma biz bura futbol oynamağa gəlmişik. Bura ən yaxşısını etməyə gəlmişik. Yaxşı nəticə ilə qayıtmaq istəyirik. “Neftçi” güclü komandadır. İntizamlı şəkildə oynamalıyıq ki, yaxşı nəticə əldə edək.
 
- “Neftçi”nin hansı futbolçusunu xüsusi ilə fərqləndirərsiniz?
- Araz Abdullayev, Ruslan Qurbanov, Rəhman Hacıyev, Vançe Şikov... “Neftçi”də keyfiyyətli futbolçular var. Şikov yaxşı futbolçudur. Santini də Xorvatiya I Divizionundan tanıyıram.
 
- Bu oyunda hansı hesab sizi qane edəcək?
- Qələbə bizi qane edəcək. Heç-heçə də pis nəticə deyil.
 
- “Neftçi” avrokuboklarda uzun müddətdir ki, doğma meydanında qələbə qazana bilmir...
- Xəbərimiz var.
 
- Makedoniya klubları Azərbaycanda qələbə qazana bilməyiblər...
- Bilirəm.
 
- Azərbaycanda Coko Hacıyevski və başqa futbolçular olub. Onlardan “Neftçi” haqda soruşmsuz?
- Bu məlumatı bilmirdim. Makednoiyada 6 aydır ki, işləyirəm. Heç kimdən məsləhət almamışam.
 
- Bir klubu 1 ildən çox çalışdırmamısız. Avropa Liqasındakı uğursuzluq sizi “Şkendiya”dan ayrıacaq?
- Mən gənc mütəxəssisəm. 42 yaşımda futbolçu karyeramı başa vurmuşam və məşqçiliyə yeni başlamışam. Həmin klublarda qələbələrim çox olub. Sadəcə sistemimə uyğun olmayan insanlar olduğu üçün ayrılmışam.

Xəbər xətti