"Qəbələ" qalib gəldi, "Kəpəz" "Admira"ya məğlub oldu, "Neftçi" "Şkendiya" ilə bacarmadı YENİLƏNİB

00:18 - 15 İyul 2016

II təsnifat mərhələsinin ilk oyunları
 
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Neftçi”, “Kəpəz” və “Qəbələ” növbəti matçlarını keçiriblər.
 
"Neftçi" doğma "Bakcel Arena"da Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gəlib. Matçda hesab açılmayıb - 0:0.
 
"Kəpəz" Avstriyada "Admira Vakker"in qonağ olub. Meydan sahibləri ilk hissədə vurduqları 1 qolla qələbə qazanıblar.
 
Təmsilçilərimizdən yalnız "Qəbələ" qələbə qazanıb. "Qırmızı-qaralar" səfərdə Macarıstanın MTK Budapeşt klubu ilə qarşılaşıb. Oyun "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
14 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunları
 
20:00. "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya) 0 - 0
Baş hakim: Sergey Sinkeviç
Köməkçi hakimlər: Yevgeni Romanov və Vitali Malyutin 
Dördüncü referi: Viktor Şimusik (hamısı Belarus)
Bakı. 8-ci km qəsəbə stadionu. 
 
21:00. "Admira Vakker" (Avstriya) - "Kəpəz" (Azərbaycan) 1 - 0
QOL: Dominik Ştarkl, 41
Baş hakim: Pavle Radovanoviç
Köməkçi hakimlər: Dimitriye Mrqudoviç və Aleksandr Dyuikanoviç
Dördüncü hakim: Miloş Savoviç (hamısı Monteneqro)
Sent Polten. "NV Arena".
 
22:30. MTK Budapeşt (Macarıstan) - "Qəbələ" (Azərbaycan) 1 - 2
QOL: Sandor Torelle, 70 - Nika Kvekveskiri, 25, Filip Ozobiç, 63
Baş hakim: Boyan Pandziç 
Köməkçi hakimlər: Stefan Hallberq və Maqnus Syoblom 
Dördüncü referi: Mohammed Al-Hakimi (hamısı İsveç)
Dyör şəhəri. "Dyirmoti" stadionu.

Xəbər xətti