"O, Azərbaycan vətəndaşlığını yalnız bu ilin yayında əldə edib"
Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Ramil Şeydayev Azərbaycan millisində oynaya bilməz.
Sportal.az xəbər verir ki, bunu rusiyalı idman hüquqşünası Mixail Prokopets deyib.
O bildirib ki, FİFA qaydaları Şeydayevin yığmamızda oynamasına icazə vermir:
“FİFA-nın Əsasnaməsinə görə, bir ölkənin gənclər millisində oynamış futbolçu başqa komandada o halda çıxış edə bilər ki, həmin oyun zamanı şərəfini qorumaq istədiyi ölkənin pasportuna malik olsun. Şeydayev 2013-cü ildə Rusiya yeniyetmələr yığması ilə Avropa çempionu olub, 2015-ci ildə isə gənclər yığmasında debüt edib. Mətbuata inansaq, Azərbaycan vətəndaşlığını yalnız bu ilin yayında əldə edib. Bu üzdən onun Azərbaycan millisində oynamaq hüququ yoxdu”.
Qeyd edək ki, Sankt-Peterburq “Zenit”inin yetirməsi olan hücumçu bir neçə gün əvvəl Türkiyənin “Trabzonspor” klubuna keçib. (apasport)
saytlarin hazirlanmasi