1 illik müqavilə imzalandı
"Qarabağ"ın yetirməsi olan Vüqar Nadirov yenidən Ağdam təmsilçisinə qayıdıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu ilə bir illik müqavilə imzalanıb. Vüqar Nadirov peşəkar karyerasına "Qarabağ"da başlayıb və 2004-cü ilə qədər klubda forma geyinib. Daha sonra "Xəzər Lənkəran", "Masallı" və "Karvan" klublarında çıxış edən Nadirov 2009-cu ildə "Qarabağ"a qayıdıb.
Vüqar Nadirovun son klubu Bakı "İnter"i olub.
saytlarin hazirlanmasi