Vəli Qasımov: "Şkendiya"nı keçsək, qrup mərhələsinə vəsiqə qazana bilərik" MÜSAHİBƏ

22:13 - 14 İyul 2016

"Rəqibin çox böyük təcrübəsi var"
 
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi” öz meydanında Makedoniyanın "Şkendiya” komandasını qəbul edib.  Qarılaşma 0-0 hesablı bərabərliklə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib:
 
"Rəqibin çox böyük təcrübəsi var. Məni bir şey sevindirdi ki, komandam bu gün yaxşı oynadı. Mərhələ keçmək çətin olacaq, amma "Şkendiya"nı keçsək, qrup mərhələsinə vəsiqə qazana bilərik”.
 
- Bu gün hücumçu azlığından əziyyət çəkdiyinizi hiss etdiniz?
- Bəli, hiss elədik. Bəzi futbolçular ikinci hissədə yoruldu. Bəzi oyunçuların ustalıq səviyyəsi çatışmır. Futbolçular daha çox fərdi oyuna fikir verirlər ki, bu,məni razı salmadı.
 
- Daha çox müdafiədən hücum qururdunuz. Bu, sizin öz tapşırığınız idi,yoxsa rəqib "Neftçi”ni buna məcbur etdi?
- Əlbəttə, mənim tapşırığı idi. Futbolçulara tapşırıqları mən verirəm. Bəzi epizodlarda alındı, bəzi epizodlarda alınmadı. Gələcəyə baxmalıyıq. 

Xəbər xətti