"Daha yaxşı nəticə əldə edə bilərdik"
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi” öz meydanında Makedoniyanın "Şkendiya” komandasını qəbul edib. Qarılaşma 0-0 hesablı bərabərliklə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şkendiya”nın baş məşqçisi Bruna Akrapoviç fikirlərini bildirib:
"Oyun planlaşdırdığımız kimi keçdi. "Neftçi”dən belə oyun gözləyirdik. Düşündüyümüz kimi oyun həyata keçirdik. "Neftçi” heyətində bir neçə dəyişiklik etmişdi ki, bu, bizim içşimizə mane olmadı. Topa daha çox nəzarət edirdik. Daha yaxşı nəticə əldə edə bilərdik. Düşünürəm ki, nəticə yaxşı oldu və cütün qalibini cavab oyunu müəyyənləşdirəcək”.
- "Neftçi”nin Bakıda səfər modelindən istifadə edəcəyiniz gözləyirdinizmi? Yəni, "Neftçi” müdafiədən oynayırdı...
- "Neftçi” oyunda dəyişiklik edə bilmirdi. Düşünürəm ki, ehtiyat oyunçular skamiyasında "Neftçi”nin oyununu dəyişə biləcək futbolçu yoxdu. Ümumilikdə isə, "Neftçi”dən belə oyun gözləyirdim.
- Dünən "Neftçi”nin favorit olduğunu demişdiniz. Bu gün də eyni fikirdəsiniz?
- Biz daha yaxşı oynaya bilərdik. Amma komandamızda yorğunluq var. Dediyim kimi, cütün favortinin kim olacağı cavab matçında müəyyənləşəcək.
saytlarin hazirlanmasi