III təsnifat mərhələsinin püşkü
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə "Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi püşk zamanı səpələnməmişlər səbətində yer alıb. Potensial rəqiblər sırasında "Olimpiakos" (Yunanıstan"), "Viktoriya" Plzen (Çexiya) və 8 cütün qalibi olub.
"Qarabağ"ın potensial rəqibləri:
"Viktoriya" (Çexiya), "Zalzburq" (Avstriya) - "Liepaya" (Litva), BATE (Borisov, Belarus) - SJK (Finlandiya), "Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) və "Kopenhagen" (Danimarka) - "Kruzeyders" (Şimali İrlandiya) cütlərinin qalibləri.
"Qarabağ" "Düdelanj" səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" Plzen klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.
saytlarin hazirlanmasi