Faktlar nə deyir?
O, nə birinci, nə də sonuncudur. Çingiz Abdullayevə qədər də Azərbaycan futbolunda hər açıqlaması lətifəyə çevrilən, özünü gülüş obyektinə çevirən şəxslər çox olub. İndi də hörmətli yazıçımız hər dəfə məntiqsiz fikirləriylə gündəmi zəbt etməklə məşğuldu. Futbol sahəsinə qarmaq atan Abdullayev özü də yaxşı başa düşür ki, “Neftçi” kimi köklü bir klubu bərbad duruma salıblar, sıradan bir komandaya çeviriblər. Amma vəzifədə qalmaq üçün uğursuzluqlara səbəb tapmaq lazımdır.
Ona görə də evdə “Şkendiya” ilə keçirilən bərbad oyundan sonra Çingiz Abdullayev ortaya yeni fikir atıb:
“Bizdəki uşaqlar çox cavandılar. Əksəriyyət 20-22 yaşlarındadı. Bəlkə də, bu pisdi. 30 yaşında 1-2 nəfər lider də ola bilərdi”.
Dünən “Şkendiya” ilə oyunda “Neftçi”nin heyətində ilk onbirlikdə meydana çıxan futbolçuların yaşlarına baxın:
Vançe Şikov – 31 yaş
Krşevan Santini – 29 yaş
Jairo Rodriges – 24 yaş
Araz Abdullayev – 24 yaş
Ruslan Qurbanov – 25 yaş
Murad Ağayev – 23 yaş
Rəhman Hacıyev – 23 yaş
Fəhmin Muradbəyli – 20 yaş
Məqsəd İsayev – 22 yaş
Dario Melnyak – 24 yaş
Edison Kastilyo – 22 yaş
Demirik ki, heyət yaşlıdı. Ancaq Çingiz bəyin dediyi kimi cavan da deyil. Orta yaş həddidi. Yəni, Abdullayev özünə sərf edənləri həqiqət kimi sırımasın cəmiyyətə.
SPORTAL.AZ
saytlarin hazirlanmasi