"Xəzər Lənkəran"dan ayrılan futbolçular "İnter"dә

10:50 - 18 İyul 2016

"Neftçi"yə qarşı oynadılar
 
"Xəzər Lənkəran"dan ayrılan İbrahim Qədirzadə və Yusif Həsənov özlərinə yeni klub tapıb.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, gənc futbolçular karyerasını paytaxt klubunda davam etdirəcəklər. Hər iki futbolçu "İnter"lə müqavilə imzalayıb.
 
İbrahim Qədirzadə və Yusif Həsənov "İnter"in əvəzedicilərində debüt ediblər. Gənc futbolçular "İnter" və "Neftçi"nin əvəzedicilərinin qarşılaşmasında debüt ediblər.

Xəbər xətti