Budaqov özünə yeni klub tapdı
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Bayram Budaqov özünə yeni klub tapıb.
Sportal.az xəbər verir ki, "Dnepr"in yetirməsi karyerasını Latviya çempionatında davam etdirəcək. Ötən mövsümün 2-ci yarısını "Xəzər Lənkəran"da keçirən hücumçu "Dauqavpils" klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Dauqavpils" Latviyanın əsas çempionatında 13 turdan sonra 4 xal toplayıb və 8 komanda arasında sonuncu yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi