İqbekoye "Dənizlispor"da?
"Turan Tovuz”un sabiq baş məşqçisi Səlahəttin Dərvənd Türkiyə PTT I Liqasında mübarizə aparan "Dənizlispor” klubunun yeni baş məşqçisi təyin olunub.
Sportal.az-ın əldə etdiyi məlumata görə, 2 illik müqavilə imzalayan təcrübəli mütəxəssis uzun müddət ölkəmizdə top qovan və son klubu "Zirə" olan Viktor İqbekoyeni yeni komandasına dəvət edib.
Hazırda azad agent statusuna malik olan İqbekoye yaxın günlərdə Türkiyəyə yollanacaq. Onun performansı məşqçilər korpusunu razı saldığı halda nigeriyalı "Dənizlispor"la rəsmi müqavilə izmalayacaq.
Qeyd edək ki, Dərvənd 2004/06-cı illərdə "Turan Tovuz”u çalışdırdığı zaman İqbekoye də komandada çıxış edirdi.
saytlarin hazirlanmasi