"Gəncə adına layiqli futbol sərgiləməyə çalışacağıq"
"Kəpəz”in baş məşqçisi Şahin Diniyevin Sportal.az saytına müsahibəsi:
- "Admira” ilə oyundan öncə komandada son durum necədi?
- Bizi çətin oyun gözləyir. Avstriyada da gördük ki, "Admira” yaxşı təşkilatlanmış komandadı. Avstriyanın təcrübəli komandalarından biri ilə qarşılaşacağıq. Komanda səfərdə bizə böyük problemlər yaşatdı. Hesab hazırda heç nəyi demir. 1-0 hardasa minimal hesabdı. Ancaq ilk oyuna baxdıqda, güclü komandaya qarşı oynayacağıq. Komanda başa düşür və məsuliyyətin dərk edir ki, bu oyun bizim üçün vacib bir şansdı. Futbolçular karyeralarında ən önəmli oyunlardan birinə çıxacaqlar. Bir şeyə inanıram ki, futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparacaqlar. Düşünürəm ki, motivasiya və aqressivlik komandada olsa nəyəsə nail olmaq olar. Ümid edirəm yaxşı oyun nümayiş etdirəcəyik. Azərbaycan, "Kəpəz” və Gəncə adına layiqli futbol sərgiləməyə çalışacağıq.
- İlk oyunda 1-0 hesabıyla məğlub olmusunuz və itirəcəyiniz heç nə yoxdu. "Admira”nı məğlub etmək üçün nələr düşünmüsünüz?
- Əlbəttə, müəyyən düşüncələrim var. Hər bir baş məşqçi düşünməlidi ki, rəqibə qarşı necə oynamaq lazımdı. Variantlarım var. Amma ən başlıcası, komandanın etibarlı oynaması və daha aqressiv olmasıdı. Fikrimcə, 2 gün sonra baş tutacaq qarşılaşmada böyük qol vəziyyətləri olmayacaq. Əlimizdə olan imkanlardan maksimum istifadə etməli və müdafiədə çox etibarlı oynamalıyıq.
- "Kəpəz” hansı üstünlüklərinə görə "Admira”nı mərhələdən kənarlaşdıra bilər?
- "Kəpəz”in ütstünlüyü ağılı, kompakt şəkilində futbol oynamasındadı. Rəqib isə bir çox üstnülüklərə görə bizdən üstündü. Ancaq futbolda hər şeyi həll edən maliyyə və ya ad-san deyil. "Kəpəz” soyuqqanlı oyunu ilə hər şeyin üstündən xətt çəkə bilər.
- Moldovaya səfərdən öncə klubun icraçı direktoru Mehman Allahverdiyev açıqlamasında səfərə çox rahat getdiyini və qələbəyə inandığını bildirmişdi. Maraqldı, sizdə belə bir rahatlıq varmı?
- Məndə heç vaxt belə bir rahatlıq olmayıb. Rəqibin kim olmasından asılı olmayaraq məndə rahatlıq olmur. Ancaq oyundan sonra rahat ola bilərik. Hər bir oyuna məsuliyyətlə yanaşmaq lazımdı. Bizə kimə qarşı oynadığımızı dərk edirik. Əlbəttə, bizə böyük inam olmasa belə, komanda daxilində böyük inam var. Bayaq dediyim kimi, bu matçda bizə rahatlıq olmayacaq. Bu, birmənalıdı, bunun ikinci tərəfi yoxdu. Bəldə də, karyeramızda ən çətin oyunumuzu keçirəcəyik. Bizi çox çətin oyun və taktiki savaş gözləyir.
- Oyun "Kəpəz”in 1-0 hesablı qələbəsiylə başa çatsa, əlavə artırılmış dəqiqələrə ehtiyac duyulacaq. Komandanız 120 dəqiqə oynamağa hazırdımı?
- Motivasiya olduqdan sonra, hə. Özünüz də görürsünüz ki, oyundan-oyuna artırırıq. 3 oyun oynamışıq və hər oyunda vaxt bizim üçün işləyir. Hər gün fiziki cəhətdən daha güclü olmağa çalışırıq. İdeal olmasaq belə, fiziki cəhətdən özümüzü çox yaxşı hiss edirik.
- "Kəpəz” iki gündən sonra Avropa Liqasında mübarizəni dayandırsa, komandanın çıxışını uğurlu saymaq olar? Ən azından "Kəpəz”in tarixində ilki həyata keçirmisiniz, mərhələ keçmisiniz...
- Uğursuzluq haqqında fikirləşmirəm. Ancaq futbolda hər bir şey ola bilər. Futbolda məğlub və qalib olmaq var. Mən hər iki nəticəyə görə futbolçulara təşəkkür edəcəm. Gəlin etiraf edək ki, "Kəpəz” bugünkü durumda başından yuxarı tullanmağı bacarıb. Ancaq biz qələbə haqqında düşünürük. Şans əlimizdə ola-ola, niyə bu şansı qaçıraq? Gücümüzdən maksimum istifadə etməyə çalışacağı. Alınar-alınmaz bu, artıq ikinci məsələdi. Komanda mərhələ adlamazsa, mən peşman olmayacam. Ancaq bir təəssüf olacaq ki, tarixi şansı əlimizdən qaçıracağıq.
- Bu mərhələ yox, növbəti mərhələ haqqında fikrinizi bilmək istərdim. İndi deyəcəsiniz ki, "mərhələni keçək sonra...” III mərhələdəki rəqib haqqında düşünmüsünüzmü?
- Səmimi deyim ki, düşünməmişəm. Əlimizdə elə bir nəticə var ki, növbəti rəqib haqqında fikirləşmək heç bir məntiqə sığmır. Hazırda bizə yaxın, daha ciddi olan "Admira” haqqında fikirləşirik.
saytlarin hazirlanmasi