"Ona məşqçi demək də gəlmir dilimdən"
“Sumqayıt”la müqavilə imzalayan Ruslan Tağızadə daha sonra "kimyaçılar"dan ayrıldığı haqda məlumatı diqqətinizə çatdırmışdıq.
Sportal.az xəbər verir ki, Ruslan Tağızadə baş verən hadisə ilə bağlı fikirlərini bildirib:
“Sumqayıt”dan ayrılmışam. Deyiləsi söz çoxdu, ürəyim sözlə doludu. Ancaq adam hərdən surur, qalır. Mən çox məşqçilər görmüşəm. Samir Abasov kimi məşqçi ilk dəfədi ki, görürəm. Ona məşqçi demək də gəlmir dilimdən. Məni aparıb “Sumqayıt”a, nəyə aparmısan? İndi də qalmışam “havada”. Samir Abasov bir neçə nəfərin çörəyinə əlindən aldı, bir neçə nəfərin haqqına girdi. Bunun isə bədəli yoxdu, özü də ki, guya namaz qılır. Axı Allah baxır, hər şeyi görür. Mənə klubun meneceri Ceyhun Sultanov dedi ki, Samir Abasov deyib ki, Ruslanı oynatmayacam, “18liy”ə salmayacam, ancaq məşq edəcək. Mən də dedim ki, mənə belə şərtlərlə futbol oynamaq lazım deyil. Sadəcə həmin vaxtı Samir Abasovla üzbəüz gəlmək istəmədim. Yoxsa ona deyəcəkdim ki, məni bura nəyə gətirirdin? Çünki ən azı 1-2 variantım var idi. Onlar da indi yoxdu, indi nə edəcəm? Hər kəsin evdə ailəsi, uşağı var. Samir Abasov səhv etdi, istəmirdisə, əvvəlcədən deməliydi bunu. Samir Abasovu Allaha tapşırıram. Sənədim əlimdə deyil. Ancaq “Sumqayıt”la qutarmışam. Sağollaşıb çıxdım oradan, hara istəsəm gedə bilərəm”- deyə, Ruslan Tağızadə fikirlərini yekunlaşdırıb. (Sportinfo.az)
saytlarin hazirlanmasi