Ruslan Abışov: "Fikrim topu qapıdan keçirmək idi və alındı" MÜSAHİBƏ

14:53 - 20 Avqust 2016

Premyer Liqanın 3-cü turunda "İnter" - "Kəpəz" (2:2) matçından sonra paytaxt klubunun futbolçusu Ruslan Abışov jurnalistlərə müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Komandanı məğlubiyyətdən xilas edən qolu vurdun. Oyun haqda fikirlərin necədir?

- Evdə oynayırdıq və 3 xal qazanmaq üçün meydana çıxmışdıq. Yaxşı hazırlaşmışdıq. Penaltidən sonra psixoloji cəhətdən “sındıq”. Əsas odur ki, məğlub olmadıq. Hakimlikdən danışmaq istəmirəm. Çünki oyun bitib. Növbəti oyunlara hazırlaşmaq lazımdır.

 

- 3 oyuna 3 qol vurmusan.

- İmkan daxilində qol vurmağa çalışıram. Amma əsasən qələbə qazanmaq istəyirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Bu 1 xal çempionatın sonlarında lazım olacaq.

 

- Hesabı açandan sonra oyunun ritmini itirdiniz...

- Penalti epzioduna kimi hər şey yaxşı gedirdi. Fikrimcə, penalti yox idi. Bu barədə danışmağın mənası yoxdur.

 

- O məsafədən qol vuracağına inanırdın?

- Fikrim topu qapıdan keçirmək idi və alındı.

 

- Oyunu Robert Prosineçki də izləyirdi. Sizcə, vurduğunuz qolu bəyənib?

- Məncə, bəyənər.

Xəbər xətti