"Neftçi"nin "facebook" sosial şəbəkəsində ən böyük azarkeş səhifəsi olan "Neftchi Baku [Fan Page]" klub tərəfindən polisə şikayət olunub.
Sportal.az xəbər verir ki, bu barədə səhifə açıqlama yayıb.
Açıqlamanı olduğu kimi təqdim edirik:
"Deməli, dostlar indi bizə zəng edib polis bölməsindən deyirlər ki, bəs "Neftçi" rəhbərliyi sizdən şikayət edib bizə. Bəs siz rəhbərliyi təhqir edirsiniz, söyürsünüz. Birincisi. Bacarıqsız, şəriştəsiz, məsuliyyətsiz dediyimiz sözlər təhqir yox tənqidin bir formasıdır. Daha sonra isə biz sizdən şikayət yox, kişi kimi azarkeşləri çağırıb söhbət etmək gözləyirdik. Dəfələrlə yalandan aldatdığınız azarkeşləri indi şikayət edirsiniz. Axı niyə? Sizin bacarıqsız olduğunuzu dediyimiz üçün? Yoxsa "Neftçi"ni saldığınız bu hala görə sizə buna göz yummadığımız üçün? Utanın. Sizə böyük klubun başında durmaq yaraşmır" (Sportarena.az)
saytlarin hazirlanmasi