SON DƏQİQƏ: "Bursaspor"un futbolçusu millimizdə

13:13 - 21 Avqust 2016

Türkiyənin "Bursaspor” klubunun hücumçusu Dəniz Yılmaz milli komandamızın formasını geyinəcək.

 
Sportal.az xəbər verir ki, Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarında forma geyinmiş 28 yaşlı hücumçu AFFA-dan aldığı təklifi qəbul edib.

 

Qeyd edək ki, 28 yaşlı Dəniz Yılmaz  "Ulm” klubunun yetirməsidi. Dəniz 2005-11-ci illərdə "Bavariya”nın II komandasının formasını geyinib. O, "Bavariya"nın əsas heyətində 9 oyun keçirib. Forvard daha sonra "Maynts”, "Paderbörn”, "Elazığspor” və "Trabzonspor” kimi komandalarda top qovub. Dəniz Yılmaz 2016-cı ildən "Bursaspor" klubunun şərəfini qoruyur.
 
Əlavə edək ki,  "Bursaspor"a ötən mövsümün ikinci yarısında qoşulan Dəniz Yılmaz 13 oyuna 6 qol vurub.

 

 

Xəbər xətti