Milli komandamızın baş məşqçisi Robert Prosineçki "CBC Sport"a müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyundan nə gözləyirsiniz?
- Yaxşı oyun gözləyirəm. Yerli oyunçular daha çoxdur. Bu, sevindiricidir. Azərbaycanda derbi oyundu. Bu gün hər iki komandadan yaxşı futbol gözləyirəm.
- Avropa Liqasında mübarizə aparan “Qarabağ” və “Qəbələ”nin şanslarını necə dəyərləndirirsiniz?
- “Qəbələ” inanmıram ki, cavab matçında 2 qol buraxsın. Fikrimcə artıq onlar qrupdadır. “Qarabağ” isə rəqibindən güclüdür. Ümid edirəm ki, cavab matçında mərhələ adlayan tərəf “Qarabağ” olacaq.
- Heyəti açıqlamaqdan çəkinmirsiz. Artıq beynizdə hansı futbolçuları dəvət edəcəyinizi planlaşdırmısız?
- Sabah açıqlayacam. 25 futbolçunu dəvət edəcəm. Şeydayevlə Mahmudovu milliyə çağıracam. Onları canlı görmək istəyirəm. Bilirəm ki, milliyə kimləri çağıracam.
- Emin Mahmudov və Ramil Şeydayev çıxış etdikləri çempionatın son turunda oynamayıblar...
- Ramil gəncdi. Mən onları canlı görmək istəyirəm. Gələcəkdə Ramil Şeydayevin oyununda həzz alacağıq. Ümid edirəm ki, Ramil Şeydayev gələcəkdə “Trabzonspor”un əsas futbolçularından biri olacaq.
- “Sportinq”lə müqavilə imzalayan Budaq Nəsirovla bağlı təəssüratlarınız necədir?
- Budaq ötən mövsüm yaxşı oynayıb. Ona görə də onu milliyə çağırmışdım. Amma bu dəfə onu çağırmayacam. Amma gələcəkdə o millidə oynayacaq.
- Dəniz Yılmaz millimizdə oynamaq təklifini qəbul edib. Dənizlə bağlı təssüratlarınız necədir?
- Onunla söhbət etmişik. Əvvəl qəbul etməmişdi. Daha sonra isə təklifimizi qəbul etdi. O milliyə kömək etməyi bacaracaq. Təklifimizi qəbul edəndə çox sevindim, çünki yaxşı futbolçudur.
- Onu heyətdə görə biləcəyik?
- Onun sənədləri hazır olmalıdır. Bunu tezliklə həll etməliyik. Dəniz hazırda zədəlidir. O, San Marino ilə matçda iştirak edə bilməyəcək. Dəniz Yılmaz bizə çox köməklik edəcək. Zədəsini sağaltsın, özünü göstərsin və milliyə çağırılacaq. Ona tez sağalmağı arzulayıram.
saytlarin hazirlanmasi