Rəşad Sadıqov: "Bu qələbə bizə müsbət mənada kömək olacaq" MÜSAHİBƏ

00:04 - 22 Avqust 2016

"Qarabağ" - "Neftçi" matçından sonra Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov Sportal.az-a müsahibə verib.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Bu qələbə komandaya necə təsir edəcək?
- Çox yaxşı olacaq. Bu qələbə bizə müsbət mənada kömək olacaq. Uşaqlar yaxşı mübarizə aparılar.

 

- Bu qələbə “Göteborq” məğlubiyyətini unutdurdu?
- Əhval-ruhiyyəmiz yaxşıdı. Amma hesabda geridəyik. Rəqib bizi 1:0 hesabı ilə məğlub edib. Ağlımızdan çıxara bilmərik. Vəziyyəti öz xeyrimizə dəyişməliyik.

 

- “Göteborq” “Qarabağ”ı nədə üstələdi?
- Çoxlu hücumlar təşkil etsək də, fərqlənə bilmədik. Son zərbələr alınmırdı. Rəqib  cərimə zərbəsində qol vurdu.

 

- “Viktoriya” ilə matçda yaşadığınızı “Göteborq”la qarşılaşmada da yaşadınız. Dino Ndlovu komandaya qoşulub. O hücum xəttindəki boşluğu doldura biləcəkmi?
- Ndlovu 3 aydır ki, futbol oynamır. Ondan nəsə tələb etmək düzgün deyil. Ona vaxt lazımdır ki, formasını bərpa etsin. Əlbəttə, “Viktoriya” qarşısında 90 dəqiqə üstün oynadıq, amma 84-cü dəqiqədə qol buraxdıq. “Göteborq”la matçda da üstün tərəf biz idik. Rəqibin futbolçusu cərimə zərbəsindən “doqquzluğ”u dəqiq nişan aldı və qələbə qazandılar. Belə şeyləri unutmaq ağırdır. Ardıcıl iki psixoloji zərbə aldıq. İdmançı həyatı belədir ki, bu gün uduzdunsa, sabah oyuna çıxmalısan.

 

- “Qarabağ”a qrupa düşərək tarix yazması üçün nə lazımdır?
- Allahın köməkliyilə bunu bacararıq.

Xəbər xətti