Rahid Əmirquliyev: "Millidə çıxış etməyə hazıram" MÜSAHİBƏ

11:29 - 22 Avqust 2016

Premyer Liqanın 3-cü turunda "Qarabağ" 3:0 "Neftçi" matçından sonra Ağdam klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Əvəllər bu oyun prinsipial keçirdi. Ancaq bu matçda “Neftçi”ni asanlıqla diz çökdürdünüz...
- Qıraqdan belə görünə bilər. Amma inanın ki, oyun asan keçmədi. Üstəlik hava da çox istidi. Qaçamq, hərəkət etmək çətindir.
 
- “Göteborq”u ilk matçda məğlub edə bilmədiniz...
- İlk oyunda üstün tərəf bizi idik. Amma imkanlardan yararlana bilmədik. Rəqib isə 2 cərimə zərbəsi vurdu və onlardan biri qol oldu. Cavab matçında əlimizdən gələni edəcəyik. Bizim üçün çox vacib oyun olacaq.
 
- “Qarabağ” çempionatda rəqiblərinə çox qol vura bilir, avrokuboklarda isə bu alınmır…
- Futbolda belə şeylər olur. Bunu normal qarşılamaq lazımdır. İlk oyundan sonra məşqçilərimiz “Göteborq”u analiz ediblər. Əlimizdən gələni edəcəyik.
 
- Çempionatda 8 komanda iştirak edir. Premyer iqamızın zəif olduğunu demək olar?
- Komandaların sayı çox olsaydı daha yaxşı olardı. Həm də çempionat rəngarəng keçərdiMövsüm yeni başlayıb. Ola bilsin ki, bəzi komandalar formaya düşməyiblər və zəif çıxış edirlər. Bizi qarşıda uzun marafon gözləyir. İnanıram ki, maraqlı çempionat olacaq.
 
- Zədədən sonra artıq oynayırsız. Tam olaraq hazırsız?
- Uzun müddət oynamadım, zədəli idim. Artıq hər şey qaydasındadır. Oyun praktikasından əziyyət çəkirəm. Yavaş-yavaş tam hazır olacam.
 
- Zədə amili sizə uyğunlaşmada problem yaratmadı?
- Gələndən sonra zədələndim, mösümü erkən başa vurdum.İndi şükürlər olsun ki, hər şey qaydasındadır. Komandaya uyğunlaşmışam. Hər şey qaydasındadır.
 
- Zədəli olmağının millidəki mövqeyinə təsir edəcək?
- Bu haqda nəsə desəm, düz olmaz. Bu, barədə baş məşqçilər korpusu qərar verməlidir. Millidə çıxış etməyə hazıram.

 

Xəbər xətti