“Qarabağ”a 0:3 hesabı ilə uduzan “Neftçi”nin müdafiəçisi Jairo Filyo oyundan sonra jurnalistlərə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyun barədə fikirləriniz…
- Bilirdik ki, rəqib güclüdür və çətin oyun olacaq. “Qarabağ”ın güclü komanda olduğunu qəbul etmək məcburiyyətindəyik. Artıq bundan sonra daha çox çalışmalıyıq.
- “Qarabağ”ın qələbə qazanmasında sən də pay sahibi oldun...
- Mövqeyim əlverişli deyildi. Top mənə dəyərək qapıya daxil oldu. İstəməsəm də, avtoqol oldu. Azarkeşlərimizdən üzr istəyirəm. Onlara söz veririk ki, növbəti oyunlarda güclü çıxış edəcəyik.
- Bu oyunla yeni mövsümdə bəyə ümid edirsiz?
- Daha çox çalışırıq. İstəyirik ki, yaxşı mövqelərdə olaq.
- Çıxış yolu nədədir?
- Baş məşqçimiz nə deyirsə, onu yerinə yetiririk. Biz ancaq və ancaq çalışmalıyıq.
- Yeni tranferlərin komandaya köməyi dəymir…
- Onlar komandaya yeni gəliblər və uyğunlaşmalıdırlar. Vaxt lazımdır ki, formalarını bərpa etsinlər. Udanda da, uduzanda da bir komandayıq.