160-cı avtoqol

17:04 - 22 Avqust 2016

Azərbaycan Premyer Liqasında mövsümün ilk avtoqolu qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, “Qarabağ” – “Neftçi” oyununda qonaqların futbolçusu Jayro Rodriges öz qapısına qol vurub. Komandasının 0:3 hesabı ilə uduzduğu qarşılaşmada hesabı açan braziliyalıyadak cari mövsümdə avtoqola üzülən olmamışdı.

 

Bu, ölkə çempionatları tarixində “Neftçi”nin futbolçularının 13-cü belə uğursuzluğudur. Yalnız iki komandanın üzvləri daha çox avtoqola üzülüb. AZAL 18, “Qarabağ” 14 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 18-ci dəfə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə “Qarabağ” hamıdan öndədir. “Neftçi” 16, “Bakı” 15 dəfə belə halla üzləşib.

 

Ümumilikdə isə Jayronun öz qapısına qol vurması ölkə çempionatları tarixinə 160-cı avtoqol kimi düşüb.

Xəbər xətti