SOCAR “Trabzonspor”un yeni stadionunun rəsmi sponsoru olub.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuat yayıb. Bildirilir ki, maddi cəhətdən problemlər yaşayan Qara dəniz təmsilçisi bunu hazırda inşa edilən “Akyazı” stadionuna sponsor tapmaqla yoluna qoymaq niyyətindədi. Həmçinin “Mehmat Ali Yılmaz” bazasının da ictimailəşdirilməsi planlaşdırılır. Klub rəhbərliyi “Akyazı” stadionunu cari mövsüm üçün hazır edib. Onlar yeni arenanın hazır olması ilə maliyyə problemini yoluna qoyacaqlarını da düşünürlər.
Məlumata görə, stadionun sponsorluğu ilə bağlı 4 şirkətlə danışıq aparılıb. Bunlar “Turkcell”, “Samsung”, “Emreyts” və SOCAR şirkətləri olub. Trabzonlular SOCAR-la razılıq əldə edib. Stadionun yeni adının "SOCAR Arena" olacağı gözlənilir. “Trabnzonspor”un məsələni yaxın günlərdə rəsmən açıqlayacağı gözlənilir.
saytlarin hazirlanmasi