Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qəbələ” də cavab oyununa çıxacaq. Roman Qriqorçukun komandası ilk oyunda 3:1 hesabı ilə məğlub etdiyi Sloveniya “Maribor”unun qonağı olacaq.
"Qəbələ"nin ardıcıl ikinci dəfə qrup mərhələsində çıxış etmək üçün yaxşı şansı var.
25 avqust
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
22:15. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan) 1 - 0
Qol: Tavareş, 66
İlk oyun: 1 - 3
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyörqi Rinq, Vançel Toz
Dördüncü hakim: Tamas Roqnar (hamısı Macarıstan)
UEFA nümayəndəsi: İqor İşçenko (Ukrayna)
Hakim-inspektor: Kris Bonett (Malta)
Maribor. "Lyusdki Vrt"
saytlarin hazirlanmasi