Əmrah Çəlikəl: "İstəyirəm ki, qrup mərhələsini də uğurla keçək" MÜSAHİBƏ

00:55 - 26 Avqust 2016

"Qarabağ" - "Göteborq" (3:0) matçından sonra Ağdam təmsilçisinin icraçı direktoru Əmrah Çəliklə jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

Hamınızı tәbrik edirәm. Bu, böyük qәlәbәdir. İnandıq vә qrupdayıq. Stadionun vәziyyәti yaxşı deyildi. Hava şәraiti dә istidir. Bunu da nәzәrә almaq lazımdır

 

- Bu il də stadionun ot örtüyü pis vəziyyətdədir. “Qarabağ” qrup oyunlarını nə vaxt yaxşı ot örtüyü ol stadionda keçirəcək?
- Dediklərinizlə razıyam. Hava şəraiti istidir. Hamı kimi mən də su içindəyəm.Bütün stadionlarda bu problem var.
 
- Tahir bəy stadiona gəlməmişdi…
- Tahir bəyin işgüzar səfəri var. Qarşılaşmanı televiziya vasitəsi ilə izləyirdi və tez-tez əlaqə saxlayırdı. Hamıya salamlarını və təbriklərini yolladı.
 
- “Qarabağ” qrup oyunlarını Olimpiya stadionunda keçirə bilər?
- Biz dә çox istәrdik. Amma hәlә bu barәdә nәsә demәk çәtindir. Ona baxacağıq. Mümkündür ki, bu olsun.

 

- Yeni transfer olacaqmı?
- Bu məsələlər Qurban müəllimin səlahiyyətindədi.

 

- Qrup mərhələsində “Fənərbağça” və “Mançester Yunayted” kimi komanda ilə üz-üzə gələ bilərik…
- Mən bu haqda deyə bilmərəm. Onu istəyirəm ki, qrup mərhələsini də uğurla keçək.
 

 
- Qələbəni kimə həsr edirsiz?
- Azərbaycana xalqına.

Xəbər xətti