Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran İsveçin “Göteborq” klubunun müdafiəçisi Tomas Ronyenin Sportal.az-a müsahibəsi:
- Oyunla bağlı fikirləriniz necədir?
- Oyun bizim üçün yaxşı keçmədi. Erkən qollar bizi sarsıtmışdı. Ötən həftə daha yaxşı oynamışdıq. Oyunumuz alınmadı. Çox təəssüf.
- Stadionun ot örtüyü mane oldu?
- Belə ot örtüyündə oynamamışdıq. Çox bərbad idi. Amma hər iki komanda eyni şəraitdə mübarizə aparırdı.
- Bu hesabı gözləyirdin?
- Nə deyim. Sözün düzü, belə olacağını təsəvvür etmirdim. Amma ilk qoldan sonra rəqib hücumlarının kəsərini daha da artırdı. Bu məğlubiyyətlər bizə dərs olmalıdır. İldən-ilə təcrübəmizi artırırq.
- Qrup mərhələsində “Qarabağ”a azarkeşlik edəcəksən?
- “Qarabağ”a uğurlar arzulayıram. Rəqibimizin matçlarına baxacam və onlara azarkeşlik edəcəm.
saytlarin hazirlanmasi