Araz Abdullayev Rumıniya klubunda!

16:03 - 31 Avqust 2016

Milli komandamızın futbolçusu və “Neftçi”nin kapitanı Araz Abdullayev paytaxt klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Abdullayev karyerasını Rumıniyada davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi son ölkə çempionu “Astra” ilə müqavilə imzalayacaq. Araz millinin düşərgəsini tərk edərək Rumıniyaya yollanıb.

 

Qeyd edək ki, “Astra” Avropa Liqasının qrup mərhələsində çıxış edir.

Xəbər xətti