Serbiyalı futbolçu rəsmən "Qarabağ"da!

12:12 - 1 Sentyabr 2016

"Qarabağ"ın serbiyalı qolkiper Boyan Şaranovla razılaşdığı haqda məlumatı diqqətinizə çatdırmışdıq.

 

Sportal.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" Boyan Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə iki illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Serbiya millisinin üzvü olan Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib. Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına "Beoqrad" klubunda başlayanda yeni transfer "Makkabi" (Hayfa, İsrail), "Ergetolis" kimi komandalarda da forma geyinib.

Xəbər xətti