Robert Prosineçki: "Mən gələndən sonra milli güclənib" MÜSAHİBƏ

22:00 - 1 Sentyabr 2016

DÇ-2018-in seçmə mərhələsində San-Marino ilə oyuna hazırlaşan milli komandamızın açıq məşqi olub.

 

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.

 

8 gündür ki, San Marinoya qarşı hazırlaşırıq. Bəzi futbolçular düşərgəyə güc qoşuldular. Təəssüf ki, Bədavi Hüseynov və Ruslan Abışov zədəli olduqları üçün bizmlə deyillər. Onların yoxluğu bizim üçün ciddi itkidir. Artıq oyuna az vaxt qalıb.
 

- Kamran Ağayev axırıncı dəfə qapıda nə vaxt durduğunu unudub…
- Bilirəm. Buna təəssüflənirəm. Amma Kamranın məşqlərdəki duurmu bizi qane edir. Ölkənin ən yaxşılarını milliyə dəvət etmişik. Hamısından razıyam.
 

- Start heyəti özünüz üçün təyin etmisiniz? Ramil Şeydayev və Emin Mahmudov ilk 11-likdə olacaqlar?
- Mən həmişə oyuna 1 gün qalmış heyəti açıqlamışam. Amma matça 3 gün var və tələb edirsiz ki, start 11-liyi açıqlayım. Ramil və Eminin oynayıb-oynamayacağını dəqiq bilmirəm. Amma onların bizə xeyri çox dəyəcək. Klublarında oynamasalar da, yaxşı formadadırlar. Üstəlik, yaxşı məktəb keçiblər.
 

- Bədavi Hüseynov və Ruslan Abışovun əvəzində kimi oynadacaqsız?
- Onların yoxluğu ciddi itkidir. Oyuna 3 gün var. Heyətdə 23 futbolçu var və hamı oyuna hazırdır.
 

- San-Marinonun şansını necə dəyərləndirirsiz? Onlar üçün 1 xal möhtəşəm nəticə hesab ediləcək…
- Futbolda hər cür nəticə ilə qarşılaşmaq olar. Bu, futboldur. Zəif rəqiblər də güclüləri məğlub edə bilir. Səfərə 3 xal üçün gedirik. 
 

- Ufuk Budak və Toğrul Eratı növbəti toplanışda milliyə dəvət edəcəksiz?
- Onların dəvət edilməməsi o demək deyil ki, gələcəkdə də çağırılmayacaqlar. Gələn dəfə dəvət edə bilərəm. Kimi lazım bilmişəmsə, dəvət edilib.

 

- Ötən seçmə mərhələnin yarısında gəlmişdiniz və yığmamızın xalı yox idi. Amma bu dəfə startdan burdasınız… 

- Bəli, seçmə mərhələyə 0 xaldan başlamaq yaxşı deyil. Qələbə ilə start vermək istəyirik. Mən gələndən sonra milli güclənib. Komandada özünəinam hissi var.  

Xəbər xətti