"Qarabağ"da son matçlarda oynamırdım. Ehtiyatda qalmaq istəmirdim. Ehtiyatda qalmaq ziyanımadır. İndi mənim oynayan vaxtımdır. "Zirə"dən təklif gəldi və qəbul etdim. Burada olmaq mənim üçün xoşdur".
Bu fikirləri "Sumqayıt"la keçirilən hazırlıq matçından sonra Sportal.az-a açıqlamasında "Zirə"nin yeni transferi Cavid Tağıyev səsləndirib.
24 yaşlı yarımmüdafiəçi yeni komandasındakı hədəflərindən də danışıb: "Zirə"yə keçməkdə əsas öz istəyim oldu. Fikirləşdim ki, bura mənim üçün daha yaxşı olar. Qurban müəllimin də məsləhəti oldu. O da "Qarabağ"da oynadığıma görə təşəkkür etdi". "Qarabağ"dan gəlmişəm, bu o demək deyil ki, əsas heyətdə daima yerim hazırdır. Kim yaxşı olacaqsa o da əsas heyətdə oynayacaq. Əsas hədəfim komandam üçün əlimdən gələnin ən yaxşısını etməkdir. "Zirə" ötən mövsümü 2-ci pillədə başa vurub. Bu il də medallar uğrunda mübarizə aparmaq istəyirik".
saytlarin hazirlanmasi