İcraçı direktor vəzifəsində işini çox aşağı səviyyədə görən Elnur Məmmədovun “Neftçi”dən uzaqlaşdırılması zaman məsələsidir. Bəzi mənbələr onun artıq işdən çıxarıldığını, bəziləri isə hələ də “Neftçi”də fəaliyyət göstərdiyini deyirlər. Hansı informasiyanın doğru olduğunu hələ ki müəyyənləşdirə bilməmişik, ancaq Məmmədovun 1 həftədi işə çıxmadığı dəqiqdir.
Futbol kluarlarında Elnur Məmmədovun yerinə”Sumqayıt”ın prezidenti Kamran Quliyevin gətiriləcəyi deyilir. Deyilənlərə inansaq, Kamran bəy özü də “Neftçi”yə gəlmək istəyir. Hətta buna görə yaxın dostu olan AFFA-nın baş katibi Elxan Məmmədova da ağız açıb. Lakin bizdə olan məlumata görə, “Sumqayıt” rəhbərliyi bu keçidə icazə verməyib və artıq bu məsələ qapanıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, Elnur Məmmədovun yerinə yenə Elxan Məmmədovun kadrı gətiriləcək. Əsas namizəd kimi AFFA-nın texniki direktorunun müavini Zaur Hacı-Məhərrəmov göstərilir. Məlumatlı mənbə bildirir ki, Elxan Məmmədov məhz bu adamın təyinatında israrlıdır və yaxın zamanlarda bu təyinatla bağlı yekun qərar veriləcək.
saytlarin hazirlanmasi