Azərbaycanlı məşqçi "Toronto"da

21:17 - 3 Sentyabr 2016

Futzal üzrə milli komandamızın sabiq üzvü, son olaraq “Xəzər adaları” klubunu çalışdırmış Elnur Qəmbərov ailəsi ilə birlikdə Kanadaya köçüb. Qəmbərov orada da sevimli peşəsi ilə məşğuldur.

 

Sportal.az xəbər verir ki, Elnur Qəmbərov “Toronto” futzal klubunda çalışır. O, klubun aşağı yaş qrupunda çıxış eləyən uşaqlara futzalın sirlərini öyrədir. Eyni zamanda klubun əsas komandasına məsləhətçi kimi kömək edir. Qəmbərov saytımıza açıqlamasında Kanadada futzala olan maraqdan danışıb:

 

“Burada həm futzala, həm də ümumiyyətlə idmana maraq olduqca böyükdür. Kanadada gördüyüm mənzərədən çox məmnun qalmışam. Şərait də çox yaxşıdır. Onu da deyim ki, iki oğlum da burada futbolla məşğuldur”.

 

Xəbər xətti