Azərbaycan Premyer Liqasının 7-ci turunun “İnter” - “Zirə” matçının vaxtı dəyişdirilib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, buna 21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı səbəb olub.
Oktyabrın 7-də Helsinkidə Finlandiyanın U-21 yığması ilə rəsmi oyun keçirəcək millimiz həmin ayın 2-dən etibarən Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində “İnter” və “Zirə” klubunun futbolçuları da yer alacaq. Bütün bunları nəzərə alan PFL qarşılaşmanın vaxtını dəyişib.
Beləliklə, “İnter” - “Zirə” matçı oktyabrın 2-də deyil, sentyabrın 30-da baş tutacaq.
saytlarin hazirlanmasi