“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonov “Zarya” – “Dnepr” yoldaşlıq matçından sonra ukraynalı jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Sizi “Dnepr” formasında görmək bizi çox təəccübləndirdi...
- “Dnepr” klubunun rəhbərliyinə təşəkkür edirəm. Onlar mənə məşqlər etmək üçün yaxşı şərait yaradıblar. Amma hazırda klubsuzam və azad agent statusu daşıyıram.
- Azad agent olduğunuzu vurğuladınız. Təkliflər var?
- Hələ ki, gözləyirəm. Azad agent olduğum üçün istənilən vaxt müqavilə imzalaya bilərəm.
- Yadınızdadırsa, iki il əvvəl “Çernomorets”də məhsuldar mövsüm keçirmişdiniz və daha sonra “Aktobe” ilə müqavilə imzalamışdız. Amma sizin adınınz Fransa nəhəngi “Lion”la hallandığı üçün bu transfer sürpriz hesab edilmişdi.
- “Lion” mənimlə daha əvvəl maraqlanıb. “Çernomorets”lə Avropa Liqasında çıxış edən zaman. Ancaq komandanın baş məşqçisi dəyişildiyi üçün transfer baş tutmamışdı. Tətilə çıxana qədər yeni klubumu müəyyənləşdirmək istədim və “Aktobe” ilə müqavilə imzaladım. Daha sonra isə “Qəbələ”yə keçdim. Etiraf edim ki, Qazaxıstana geri dönmək istəməzdim.
- Axı “Aktobe” böyük şəhərdir...
- Lakin Astana və ya Almatı da deyil. Orada mənim üçün yaşamaq çətin idi. Üstəlik ailəm də yanımda deyildi. Futbol Qazaxıstanda populyar idman növü deyil. Ukrayndan fərqlidir. “Astana” və “Kayrat” klublarının infrastrukturu qaydasındadır. Digər klubların stadionları isə biabırçı vəziyyətdə idi. Bu, çempionatın səviyyəsinin qalxmasına mane olurdu.
- “Aktobe”də gümüş medallara yiyələndin. Daha sonra isə klub çox zəiflədi. Bunun səbəblərin bilmirsən?
- Komandaya yaxşı maliyyə ayrılmışdı. Artıq həmin şəxlər büdcəni xeyli azaldıb. Təxminən mən klubdan ayrılandan 6 ay sonra problemlər çoxaldı.
- Qazaxıstanın ən varlı klubu hanısıdır?
- Mənim vaxtımda “Kayrat” idi. Amma indi “Astana”nın büdcəsi daha çoxdur. Amma “Kayrat”ın imkanları yenə də yaxşıdır. Etdikləri transferlərə görə də bunu demək olar.
- Daha sonra 1 il Azərbaycanda macəralar yaşadınız...
- Bəli, “Qəbələ” ilə müqavilə imzaladım. Ora Roman Qriqorçuka görə getmişdim. Özüm də “Qəbələ”də oynamaq istəyirdim. Qriqorçukdan əvvəl “Qəbələ”ni Yuri Syomin çalışdırmışdı.
- Siz “Qəbələ” ilə 2 illik müqavilə imzaladınız. Amma cəmi 1 mövsüm keçirdiniz. Niyə belə alındı?
- Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdik. Klub mənim xidmətimdə maraqlı deyildi. Mən və klub müqavilənin davam etməsini istəmədik.
- Bildiyimiz qədər “Qəbələ” çox kiçik bir yerdir...
- Bəli, oranı şəhər adlandırmaq düzgün deyil. Yaşayış məntəqəsi idi. Amma təbiəti çox gözəl idi. Bakıdan çox aralı yerləşirdi.
- Kiçik qəsəbə klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır...
- Bəli, bu böyük bir uğurdur. Ancaq rəhbərlik mövsümün nəticələrindən razı deyildi. Çempionatda 3-cü yeri tutmuşduq. Azərbaycan kubokunda isə finala vəsiqə qazana bilmədik. 3-cü dəfə bürünc bedalları qazansaq da, bu komandanı 2-ci yer belə qane etmir. “Qəbələ” yalnız çempionluq üçün çalışır. Avropa Liqasında çıxış etdiyimiz üçün hamı sevinirdi. Hətta “Qəbələ” bu il də qrup mərhələsində çıxış edəcək. Belə nüfuzlu turnirdə çıxış etmək həqiqətən də yaxşıdır. Bu nailiyyət həm klub üçün, həm də ölkə futbolu üçün əla sayılmalıdır. Belə uğurlarla klubu Avropada tanıdacaqlar.
- Azərbaycandan hansı təəssüratlarla ayrıldınız?
- Stadiona azarkeşlər çox az gəlirdi. Meydançaların çoxu süni ot ortüklü idi. Avropa Liqasının qrup mərhələsinin oyunlarını Bakıda keçirmişdik. 15 minlik “Bakcell Arena” “Borussiya” Dortmundla matçda dolmamışdı.
- Amma futbolçular yenə ora getdilər...
- Nə edək bəs? harda iş varsa, ora gedirlər. İndi vəziyyət yaxşı deyil. Ukraynda vəziyyət yaxşı olsaydı, futbolçuların çoxu ölkəni tərk etməzdi.