Tərlan Əhmədov yeni transferdən imtina etdi

00:44 - 7 Sentyabr 2016

AZAL-ın yay transfer pəncərəsində "Rəvan"dan ayrılan Ramazan Abbasovla müqavilə imzaladığı haqda xəbər vermişdik.

 

Soprtal.az-ın əldə etdiyi məlumata görə, "təyyarəçilər"in çalışdırıcısı Tərlan Əhmədov Abbasovun xidmətinə ehtiyac duymayıb. Təcrübəli futbolçu artıq özünə yeni klub da tapıb. AZAL-dan ayrılan futbolçu karyerasını I Divizionda davam etdirəcək.

 

33 yaşlı yarımmüdafiəçi "Səbail"lə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Ramazan Abbasov AZAL-ın heyətində Premyer Liqada debüt etməyib. O, paytaxt klubunda yoldaşlıq görüşlərində iştirak edib.

Xəbər xətti