"Slovan"ın futbolçusu: "Qarabağ" ilk oyunun favoritidir" MÜSAHİBƏ

11:59 - 7 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan Çexiyanın “Slovan” klubunun yarımmüdafiəçisi Radim Breytenin Sportal.az-a müsahibəsi

 

- Qrupu necə dəyərləndirirsiz?
- Deyərdim ki, bütün komandaların şansı var. Amma rəqiblərimiz çox güclüdür. Buna baxmayaraq mübarizə aparmağımız mümkündür. Növbəti mərhələyə adlamaq şanslarımız var.

 

- “Qarabağ”ın “Viktoriya” ilə oyunlarını izləmisən?
- Bəli, izləmişəm. “Qarabağ” ilk oyunda müdafiədə, ikinci matçda isə hücumda effektli oynamışdı. Komandanın mərkəz xətti çox güclüdür. Bizim üçün hər iki oyun çətin olacaq.

 

- “Fiorentina” qrupun favoriti hesab edilir. Sizcə, qrup 2-cisi olmaq üçün hansı komandanın şansı daha yaxşıdır?
- Mən də razıyam ki, “Fiorentina” favoritdir, amma kağız üzərində. Ola bilər ki, qrupda lider olsunlar. Amma hər şey asan olmayacaq. Dediyim kimi, bütün komandaların şansı var.

 

- Bakıdakı oyunda “Qarabağ”dan xal almaq mümkün olacaq? Nəzərə alaq ki, “Qarabağ” oyunu azarkeş tutumu az olan stadionda keçirəcək…
- Deməzdim ki, bu “Qarabağ”ın oyununa ciddi təsir edəcək. “Qarabağ” ilk oyunun favoritidir. Amma biz Bakıya məğlub olmaq üçün gəlmirik.

Xəbər xətti