Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan İtaliyanın “Fiorentina” klubunun müdafiəçisi Milan Badelin Sportal.az-a müsahibəsi:
- Qrupu necə dəyərləndirirsiz? “Fiorentina”nı artıq qrupun favoriti hesab edirlər…
- Bəli, qrupun favoriti adlandırılırıq. Amma rəqiblərimiz zəif deyil. Bütün komandalarn şansı var.
- “Qarabağ”ın oyunlarını izləmisiz?
- Bəli, bəzi oyunlarının fraqmentlərini izləmişəm. Komandanın yaxşı futbolçuları var və topu özlərində saxlamağı sevirlər. Bir sözlə, “Qarabağ” əla komandadır.
- Sizcə qrupdan hansı komandalar növbəti mərhələyə adlaya biləcək?
- Bunu indidən demək çox çətindir. Qrupda zəif komanda yoxdu.
- “Qarabağ”la oyunlar haqda necə düşünürsüz?
- Bütün oyunlara 3 xal üçün çıxacağıq. Sözsüz ki, bizə çətin olacaq. İstəyirik ki, qələbə qazanaq və azarkeşlərimizi sevindirək.
- “Fiorentina” yay transfer pəncərəsində bir neçə futbolçusunu komandadan göndərdi. Bu, oyununuza mənfi təsir etməyəcək?
- Deməzdim ki, belə olacaq. Komandamıza gələn futbolçular güclü oyunçulardır.