İki gün öncə A milli komandamız San-Marinoda canını güclə qurtarıb. Bu gün isə futbolumuzun yaxın gələcəyi sayılan U-21 evdə Farer Adaları ilə heç-heçə oynadı. Özü də, bizimkilər bərabərlik qolunu 89-cü dəqiqədə vurdu.
Ay Yaşar Vahabzadə, axı bu Şahruddin Maqomedaliyev kimdi? Birdəfəlik deyin görək bu dağıstanlının day-dayı kimdi, sizdən əl çəkək da! Taşkın İlter nəçidi? Axırıncı dəfə nə vaxt liq futbolunu oynayıb? Reqional-liqda(faktiki həvəskarlarda) oynadı, yığmaya çağırıldı. İndi də Dənizlisporda ehtiyatda oturur, yenə əsas heyətə salınır.
Axı bu cür legionerlər kimə lazımdı? Böyüyəndə də uzaq başı biri olacaq Popoviç o biri də Əli Gökdəmir. Neçə il bu tipli legionerlər gəlib burda görmədiyi pulları qazandılar, tapşırıqla yerli uşağların yerini tutdular. İndi hardadılar? Niyə səsləri heç olmasa Almaniyanın 3-cü divizionundan gəlmir? Bunları Lippertlər, Foqtslar edirdi, onlara Azərbaycanın düşmənləridi dedik. Sizə nə deyək?
Yaşar Vahabzadə, özünüz 17 yaşda “Neftçi”nin heyətində debüt elədiz. O vaxtı sizdən seçilməyən Azamatları, nə bilim Hakanları gətizdirib sizi oynatmasaydılar, sizə bir gənc futbolçuya bu necə təsir edərdi? Rusiyanın U-21 adı ilə gələn U-19 yığmanı udmaqla deyil e, vicdanla işləmək lazımdı! Siz də Nazim Süleymanov kimi elə azərbaycanlı balaları heyətdən çıxardın, cəzalandırın. Çünki legionerə gücünüz çatmaz. Vallah, bu, futbol deyil, başqa bir oyundur!
Elnur Cəfərovu məlum məsələlərə görə AFFA himayə edir, bu heç. Həmişə demişəm, Elnur son illər futbolumuzun yetişdirdiyi ən istedadlı gəncdir. Amma bir məqamı da unutmayaq ki, bu adam fevral (!) ayından klubsuzdu. "Okey", sizə deyilir ki filankəsi oynatmaq lazımdı. Axı özünüz futbolçu olmusuz, bilmirsiz ki 6 ay futbol oynamayan birisi yığmada oynamamalıdı? Kimisə tapşırırlarsa, siz də ağıllı davranın. Əsas heyətə yox, sonradan oyuna daxil edin. Həm futbolçunu qoruyarsız həm də olan-qalan imicivizi. İmic a...
Futbol çox ədalətlidi. Futbolda nə əkərsən, onu da biçərsən. Qoy bu rəzalət Yaşar Vahabzadəyə, futbolçulara, AFFA-ya bir dərs olsun. Neçə ildir AFFA-ya gənc futbolçuların inkişafı ilə bağlı çıxış yolunu təklif etmişəm. Sonucda dediklərimdən bəhrələnib, onlardan bir başqa cür istifadə etdilər. Təzdən bizi 90-ci illərə qaytardılar. O vaxtı da Fuad Musayev transfer bazarının padşahı idi, indi də AFFA onun yolu ilə gedir. Bu yol da yanlış yoldur. Bu gün qeyd olunan nəticə AFFA üçün, AFFA-nın Turistlər (Məşqçilər deməyə artıq dilim gəlmir) Komitəsinin, bütöv futbol ictimaiyyəti üçün daha bir həyəcan təbiidi. Görəsən, baş verənlərdən düzgün nəticə çıxaracaqlarmı....
Erkin İbrahimov
saytlarin hazirlanmasi