Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi" "Qəbələ"ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, "Əlincə Arena"da keçiriləcək qarşılaşmada bakılıların baş məşqçisi Vəli Qasımov 90 dəqiqə ərzində istefaya səsləniləcək.
Bu barədə komandanın ən fəal azarkeş qrupu olan "Forza "Neftçi" bəyanat yayıb. Bəyanatda deyilir:
"Dəfələrlə sizlərdən baş məşqçi Vəli Qasımovu istefaya göndərməyinizi xahiş və tələb etməyimizə baxmayaraq, bizləri inkar etməkdən və özünüzün uğursuz siyasətinizi davam etdirməkdən əl çəkmədiniz. Bizlərin – "Neftçi"mizin sadiq azarkeşlərinin Topaz Premyer Liqasının ilk 3 turunda komandanı boykot etməsi belə sizləri Vəli Qasımovu istefaya göndərməyə məcbur etmədi, buna görə, 10 sentyabr 2016 tarixində keçiriləcək olan "Neftçi – Qəbələ” oyununda tribunaya dönəcəyik və 90 dəqiqə dayanmadan Vəli Qasımovu istefaya səsləyəcək və öz postunu işini yaxşı bacaran bir baş məşqçiyə təslim etməyənə qədər mübarizəmizi davam etdirəcəyik. Bir daha xatırlatmaq istərik ki, bu klub heç kəsin şəxsi mülkiyyəti deyil, xalqındır. Xalqın komandasını xalqa qaytarın!"
saytlarin hazirlanmasi