"Zirə"nin futbolçusu tarixə düşdü

18:57 - 11 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının IV turu daha bir futbolçunun 250-ci oyununu keçirməsi ilə əlamətdar olub.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, II turda Samir Zərgərov, III turda Ruslan Əmircanov buna nail olmuşdusa, bu dəfə Viktor İqbekoyi 250-ni fəth edib. “Zirə”nin futbolçusu “Kəpəz”lə səfər matçında yubileyini qeyd edib.

 

2006-cı ildən Azərbaycanda çıxış edən nigeriyalı 11-ci mövsümdür oynadığı Premyer Liqada “Turan”, “Qarabağ”, AZAL və “Zirə”nin şərəfini qoruyub.

 

250 matçda 47 qol vuran afrikalı buna nail olan 51-ci oyunçu kimi tarixə düşüb. İqbekoyi Azərbaycan çempionatında ən çox oyun keçirən 3 legionerdən biridir. “Zirə”nin futbolçusunadək yalnız milliləşənlər – ukraynalı Aleksandr Çertoqanovla rusiyalı Arif Daşdəmirov 250-ni arxada qoymuşdu.

 

mövsüm

klub

oyun

qol

2006/07

Turan (Tovuz)

22

9

2007/08

Qarabağ (Ağdam)

22

5

2008/09

Qarabağ (Ağdam)

3

1

2008/09

Turan (Tovuz)

11

7

2009/10

AZAL (Bakı)

20

3

2010/11

AZAL (Bakı)

29

3

2011/12

AZAL (Bakı)

24

1

2012/13

AZAL (Bakı)

29

8

2013/14

AZAL (Bakı)

31

6

2014/15

AZAL (Bakı)

22

2

2015/16

Zirə (Bakı)

34

2

2016/17

Zirə (Bakı)

3

0

Cəmi

 

250

47

 

Xəbər xətti