Premyer Liqanın yeni bombardiri

11:29 - 12 Sentyabr 2016

Azərbaycan Premyer Liqasında yeni bombardiri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin fransalı legioneri Baqali Dabo ilk pilləyə yüksəlib. 28 yaşlı hücumçu "Neftçi"yə səfərdə 8:0 hesabı ilə qalib gəldikləri matçda mövsümün ilk het-trikinə imza atıb. O, aktivindəki qolların sayını 4-ə şatdıraraq bombardirlər siyahısında ilk pilləyə yüksəlib.

 

Baqali Dabo aktivlərində 3 qol olan Ruslan Abışov ("İnter") və Reynaldo Silvanı ("Qarabağ") arxada qoyub.

 

Xəbər xətti