5-ci qoldan sonra Müşahidə edə bilmədilər. Stadionu yarımçıq tərk etdilər. Bəlkə də indi başa düşəcəklər ki, cızzağına qədər yanmaq, qovrulmaq nətər olur. durub indi yalandan “Neftçi”nin bu vəziyyətə düşdüyünə görə, qara bayraq qaldırıb (yeri gəlmişkən, ağ-qara rəngi də dəyişmək lazımdır, qara qara gətirər) qəm dəryasına qərq olduğum barədə nağıllar danışmayacam.
Başına gələn, başmaqçı olar. Təbii ki, sovet hakimiyyətini görmüş istənilən adam kimi biz də “Neftçi”yə baxmışıq, bu komandanın nətəcələri ilə yaşamışıq. Amma ağlım kəsən vaxt ən yaxşı halda 9-ciu yeri tuta bildilər. Gözümüzü açandan isə bürünc medala dair əfsanələr eşidirdik, bir az böyüdük və yavaş-yavaş nağılların romantikasından qurtulduq. O zaman qurtulduq ki, Tiflis “Dinamosu”nun Kukoblar Kubokundan xəbərimiz oldu, o zaman qurtulduq ki, “Ararat”ın çempionluğunu, İrəvan klubunun “Bavariya”nı udduğunu oxuduq, eşitdik. Siz bizə nəyi miras qoyduz? İsgəndər Cavadov kimi əfsanənin buyruq qulu olmasını, Ponomaryovun Bakıda vəziyyət pisləşən kimi siyasi sığınacaq almasını, Maşallah Əhmədovun hələ də “moşennik” statusu ilə fırlanmasını! Yeri gəlmişkən, ev dustağının oyunlara AFFA nümayəndəi kimi təyinat alması da bir başqa tragikomik mövzudur. 1966-cı ildəki bürüncdən də az danışasız, bəlkə. Maslaçenkonun nələr dediyi, Kiyev Dinamosunun futbolçularının açıqlamaları dərs olmadı?
Onları bir qırağa qoyaq, rəhmətlik Ələkbər Məmmədovun söhbətini gecə yuxudan durquzsalar da əzbər danışaram. Kiyevə nələr apardığını şestlə danışırdı. Sabah Kazbek Tuayev çıxıb bunu sərsəmləmə də adlandıra bilər, Yaşar Babayev dünənki uşağın sayıqlaması da. Həmin Tuayev “Neftçi”sinin böhrandan çıxması üçün neynədi, hansı təkliflər irəli sürdü? Əgər fəaliyyəti yalnız İcraiyyə Komitəsinin iclaslarında əl qaldırmaqdırsa, onda heç nə. Çingiz Abdullayev “Neftçi”yə gələndə sevindik ki, artıq klubu ziyalı adamlar idarə etməyə başlayacaq. Komanda əvvəlki imicindən qurtulmuş olacaq, uduzduqları hər oyundan sonra dava salmayacaqlar. Nə biləydik ki, uduzmaq alın yazısına çevriləcək. İlklərin sırasına 0:8-də əlavə olunacaq.
Əslində belə baxanda “Neftçi”nin uğur qazanması üçün hər şey var: Əla karyerası olan baş məşqçi, dünyaca ünlü yazıçı-prezident, hamının hörmət etdiyi aktyor, ölkənin taninmış bəstəkarı, veteran futbolçu, SOCAR-da öz bacarığı hesabına böyük pillələr keşmiş gənc kadr. Tam bir Ziyalılar Partiyası. Yəqin artıq siz də başa düşdüz ki, Azərbaycanda belə klub idarə etmək olmaz: Burda Petrjelanı dəli edib yola salmalısan, uduzduğun oyundan sonra legionerləri nöyüt iyisi gələnə kimi çırpmalısan, hakimlərlə işləməlisən və s. Və i. Zarafat etmirəm, həqiqətən nəticə vermək istəyirsənsə, avtoritetlərlə də əlaqə qurmalısan, mətbuatla da, hələ üstəlik yuxarı dairələrlə də.
Məşqçin “daldakı” problemləri həll edə bilməyəcəksə, futbolçun hansı formanı geydiyini dərk etməyəcəksə, prezidentin nəvəsi yaşında jurnalistlə mərc gələcəksə, HB Güvən klinikasına düşənlərinin ardı gələcək. İdarəetmənizə bir quş, barı ölməkdə olan “Neftçi”ni Şopenin “Poxoronniy Marş”ı ilə “carstvo emu nebesnoe” deyerək, yola salmayın.
Qeyd: Yazını tanınmış jurnalist Elnur Məmmədli "facebook" profilində paylaşıb.
saytlarin hazirlanmasi