Lippertdən Məşqçilər Komitəsinin üzvlərinə hörmətsizlik ÖZƏL

21:37 - 13 Sentyabr 2016

Bir müddət əvvəl AFFA-da klubların futbol akademiyalarının nümayəndələri ilə görüş keçirilib. Tədbirdə AFFA tərəfindən texniki direktor Bernard Lippert və Məşqçilər Komitəsinin üzvləri Ağasəlim Mircavadovla Şakir Qəribov da iştirak edib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, tədbirdə Lippert klub rəsmilərinə akademiyalarla bağlı iş üzrə öz təlimatlarını verib. Ondan sonra Ağasəlim Mircavadov söz alıb. Lakin bu an alman mütəxəssis tədbiri tərk eləyib. Yəni, Məşqçilər Komitəsinin üzvlərinin fikirlərini dinləməyi mənasız sayıb.

 

Hər halda, AFFA-nın baş katibi Elxan Məmmədov məsələni belə qoymalı deyil. Ola bilər ki, Ağasəlim bəy hansısa səbəblər üzündən məsələni qabartmayıb. Lakin baş katib həmin tədbirdə baş vermiş hadisəni araşdırmalı, ölkəmizin tanınmış mütəxəssisinə qarşı hörmətsizlik eləyən Bernard Lipperti cəzalandırmalıdır. Biz özümüz özümüzünkünə hörmət qoymasaq, əcnəbilərin bizimkilərə belə aşağılayıcı münasibəti hələ çox davam edəcək.  

 

Xəbər xətti