"Anderlext"in futbolçusu: "Qəbələ"ni hesabdan silmək olmaz" MÜSAHİBƏ

12:12 - 14 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qəbələ”ni qonaq edəcək Belçika “Anderlext”nin yarımmüdafiəçisi Yuri Tilemansın “Qafqazinfo”ya müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- İkinci dəfə Azərbaycan klubu ilə qarşılaşacaqsız... Amma klubunuz üçüncü dəfə bizim ölkə təmsilçsi ilə üz-üzə gələcək...

- “Qəbələ”ni yaxşı tanımıram. Ötən il “Qarabağ”la oynamışdıq. Bakıda Azərbaycan təmsilçisinə uduzmuşduq. “Qəbələ”ni yaxşı tanımasam da, bura qədər gəldikləri üçün ən az “Qarabağ” qədər güclüdürlər.

 

- Azərbaycan təmsilçiləri bundan əvvəlki görüşlərdə Belçikada sizə uduzublar...
- Bu önəmli deyil. Sabahkı matça baxmalıyıq. Biz turnirə qalibiyyətlə start verməliyik. Ona görə də hər komandamıza inanırıq və evdə 3 xal bizim olmalıdır.

 

- “Qəbələ” artıq 2-ci ildir ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanır. Amma ötənilki heyət tamamilə dəyişilib. Siz rəqibinizi necə analiz etmisiz?
- Bunu bilirik. Hər qarşılaşmadan öncə rəqibin nə qədər ciddi olduğunu bilmək yetərlidir. Onların 4 mərhələ keçib qrupa qədər gəlməsi çox şeydən xəbər verir. Ümid edirəm ki, hər şey biz istədiyimiz kimi olacaq.

 

- Maraqlıdır ki, qrupda 2 böyük futbol ölkəsinin komandası yer alıb - “Sent-Etyen” və “Maynts”. Belçika futbolunun da son illər çox inkişaf etdiyini nəzərə alsaq, “Qəbələ”ni şanssız saymaq olar?
- Çox maraqlı qrupdur. Çünki qrupda olan hər bir komanda keyfiyyətli və baxımlı futbola üstünlük verir. Bizim üçün maraqlı qarşılaşmalar olacaq. Düşünürəm ki, şanslı olan və formada olan komandalar qrupun taleyini həll edəcək. “Qəbələ”ni silmək olmaz.

 

- Ötən il “Qarabağ”a uduzduğunuz oyunu xatırlayırsız?
- Həmin matçı unutmarıq. “Qarabağ” möhtəşəm oynamışdı. Bu komanda çox güclüdür.

 

- Qrup lideri olaraq “Sent-Etyen”i görmək olar?
- İndidən heç kimin nəyə qadir olduğunu demək mümkün deyil. Meydana çıxdığımız vaxtlarda hər şeyi görəcəyik.

 

- “Qəbələ”nin futbolçularından sizin üçün ən təhlükəlisi kimdir?
- Mən futbolçuları müəyyən qədər analiz etmişəm. Çox güclü oyunçular var. Amma rəqibin ən böyük üstünlüyü isə komanda şəklində oynamasıdır. Uğuru da belə əldə edirlər. Onlar keyfiyyətli futbol oynamağı birlikdə bacarırlar.

 

Xəbər xətti