"Slovan"ın futbolçusu: "Bu, onların gücündən xəbər verir" MÜSAHİBƏ

13:42 - 14 Sentyabr 2016

Çexiyanın “Slovan” klubunun müdafiəçisi Martin Latka Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”a qarşı sabah Bakıda keçiriləcək ilk oyunu ərəfəsində klubun rəsmi saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Hava limanında bir az sizi gecikdirdilər. Nə məsəli idi?
- Sənədlərimi yoxlayırdılar. Viza ilə bağlı kiçik detalı həll etdilər. Hər şey qaydasındadır.

 

- Lukaş Pakornisiz oyun çətin olmayacaq?

- Bəli, çətin olacaq. O, bizim əsas futbolçumuz və kapitanımızdır. Yəqin ki, məşqçimiz Pakorninin yoxluğunda seçimini edib. Ümid edirəm ki, səfərdə yaxşı oynayacağıq və azarkeşlərimizi sevindirəcəyik.

 

- Komandaya gəlişinin əsas səbəbi avrokuboklarda çıxış etmək idi?

- Əlbəttə, bu, belədir. Avropa Liqasının qrupuna vəsiqə qazanamq böyük uğurdur və biz buna nail ola bilmişik. Təsnifat mərhələlərini uğurla adladıq. Ümid edirəm ki, qrupda da uğurlu çıxış edəcəyik.

 

- Pakorninin yoxluğunda sürpriz taktika ilə meydana çıxa bilərsiz?

- Son qərarı baş məşqçi verəcək. Mən oyuna tam hazıram.

 

- Bakıdan heç-heçə ilə qayıtmaq uğurlu olacaq?

- Bu, oyunun gedişatından asılı olacaq. Oyun göstərəcək ki, bir xal bizim üçün yaxşı, yoxsa pis nəticədir.

 

- Azərbaycan futbol xəritəsində səs-küylü deyil, amma "Qarabağ" çox keyfiyyətli oyun nümayiş etdirən komandadır...

- Avrokuboklarda Azərbaycan klubları çıxış edib. "Neftçi" və "Qarabağ" Avropa Liqasının qrupunda oynayıblar. Rəqibimiz olan "Qarabağ" artıq bunu ardıcıl 3-cü dəfə təkrarlayıb. Bu, onların gücündən xəbər verir. Yaxşı iqtisadi imkanları da var. Komandaya yüksək səviyyəli oyunçular cəlb olunub. Bütün bunlara baxmayaraq, bizim məqsədimiz qrupda uğurla çıxış etməkdir.

Xəbər xətti